Elnur Məcidli də aynasındıran çıxdı. Narkomanımız, xuliqanımız, fərarimiz, maşın təpikləyənimiz var idi, bu da oldu. Biryolluq elan edirik, biz hamımız bu adlara uyğunuq. Sabah bizi başqa bir adla saxlaya bilərlər, yoldan keçənə sataşan da ola bilərik, lentlərini kəsdikləri keçidləri dağıda da bilərik. Əsas olan budur ki, biz davam edirik. Sevimli peşəmizi - azadlıq savaşçılığını tərk etmirik. Sonuncu həbs göstərdi ki, qorxan elə hakimiyyətin özüdür. Demirik ki, sonuncumuzu da həbs etsəniz, dönən deyilik. Deyirik ki, hər həbs etdiyinizin yerinə daha artıq sayda gənc gələcək. Məhbəsdə olanların yeri boş qalmayacaq. Sonu olan biz yox, Əliyevlər olacaq.
Çoxdandır bu haqda düşünürdüm. Azərbaycan xalqı, elə biz özümüz nədən teatrlara getmirik? Niyə biz tamaşalardan uzaq düşmüşük? Bu sualı xeyli vaxtdır çoxları səsləndirir, insanların teatrlara axışması üçün hər cür çağırışlar edilir, ancaq yenə də nəticə yoxdur. Boşluğu izah edən müxtəlif səbəblər göstərilir. Insanların səviyyəsi aşağı düşüb, mədəni sahəyə diqqət ayrılmır, aktyorların əmək haqqı azdır, yaxşı əsərlər yazılmır və daha nələr, nələr... Səbəb bu deyil, cənablar. Cabbar Savalanlının məhkəməsində əsl səbəbi tapdım. Hətta “evrika” deyə qışqırmaq istədim. Bəli, Azərbaycan məhkəmələri, hakimləri, prokurorluq əməkdaşarı, bütövlükdə hüquq-mühafizə orqanları və Azərbaycan hakimiyyəti tamaşa göstərməkdə, rola girməkdə əvəzsizdir. Bu ölkədə heç bir aktyor azərbaycanlı məhkəmə hakimi qədər qrimlənə bilməz. Heç bir artist dövlət ittihamçısı kimi rol oynaya bilməz. Incəsənət universitetini bitirmiş hər hansı şəxs cəsarət edib şanlı polislərimizlə yarışa girə bilməz. Yeri gəlmişkən, eşşək məhkəməsi, kukla məhkəməsi, narkoman məhkəməsi vardı, biri də oldu artıq - aynasındıranlar məhkəməsi.
Hakimiyyətdəkilər haqqını yeyərək onlardan daha yaxşı rol oynaya bilər? Kimlər korrupsioner olduğu halda həm də ona qarşı mübarizə aparan şəxs rolunu oynaya bilər? Varmı belə bir aktyor? Varmı bu nazirlər kimi artistlər? Varmı Azərbaycan böyüklükdə teatr səhnəsi? Yoxdur! Xalq bu tamaşaya baxır, ya gizlicə, ya da mümkün olan hər yerdə tamaşa ilə bağlı rəylərini bölüşür. Bu səbəbdən şəhərdəki teatr lojaları boşdur. Əsas olansa ssenaristdir. Onunla haqq-hesabı bitirək ki, teatrların da üzü gülsün, biletlər də satılsın və pərdə açılsın...
Arada facebookda belə bir elan gəzdi: Gülüstan sarayında Heydər Əliyevin 88 illiyinə həsr olunmuş 2-ci Bakı Ürək Günləri keçiriləcək. Tədbirin adı xeyli maraqlıdır. Adı seçənlərə təşəkkür edib əsas məsələyə keçək. Azərbaycanda xeyli insan bu xəstəliyə görə əziyyət çəkir. Bütün pis siyahılarda olduğu kimi, bu xəstəliyə görə də biz öndəyik. Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, Azərbaycan bu sahədə MDB ölkələri arasında ilk yerlərdən birini tutur. Üstəlik, ildönümünə həsr olunmuş şəxsin özü də ürək tutmasından dünyasını dəyişib. Burası, mənim üçün heyrətamizdir. Sənin ad gününü qeyd etdiyin şəxs bu xəstəlikdən vəfat etsin, ölkən bu xəstəliyə görə keçmiş ittifaq ölkələri arasında ilk yeri tutsun, sən də ürək günləri keçir. Biri desin görək, bu ürək günləri nəyə hesablanıb? Azərbaycan bu sahədə hansı uğur qazandı ki? Insanları yaramaz qaydalarla idarə edərək evini, mülkünü əlindən alıb, onun puluna hər tərəfdə villalar ucaldıb, haqsızlıqla, ədalətsizliklə hər vətəndaşı əsəb, depressiya içində saxlayıb infarkt edib və üzərindən də təmtəraqlı ürək günləri keçirmək riyakarlıqdır.
Sunday, May 15, 2011
// //
0
comments
//
Ötən gün dostlarla Avrovizion haqda danışırdıq. Kimin qalib gəlib və ya gəlməyəcəyindən deyil. Azərbaycan qalib olarsa, qulağımızın dəng olacağından, bu qalibiyyətin İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi kimi təqdimatlarından bezəcəyimizdən narahatıq. Bu ölkədə hər belə uğur Azərbaycanın yox, hakimiyyətin adına yazılır. Bunların muğam yarışması keçirib özlərini xalqa sırımağını heç kim unutmayıb. Buna görə də dostlarla birlikdə hər kəsə çağırırş etdik ki, bu yarışmada xaricdəki həmyerlilərimiz Gürcüstana səs versin.
Niyə məhz Gürcüstana? Gürcüstan bizim üçün demokratiyanın nümunəsidir. Hökumətin vətəndaşlarına hörmətinin nümunəsidir. Nə qədər fərqli səslənsə də, biz Azərbaycanın bu yarışmadan qazanmasın istəmirik. Çünki bu qazancın hər kəs bilir ki, Azərbaycana hər hansı faydası yoxdur. Əksinə, hər dəfə başqalarından daha çox pul xərcələyirlər, üstəlik qalib də ola bilmirlər. Bundan öncəki yarışmada Moldova cəmi 1 min, Rusiya 30 min, Norveç hətta təşkilatçı olduğu halda 17 milyon, Azərbaycan isə 10 milyon dollar xərcləmişdi. Bu bizə lazımdır? Azərbaycanın onlarla universiteti var, ancaq dünyada seçilən universitetlər arasında heç birinin adı yoxdur. Bu pulları milli universitetlərin inkişafına, onların xilası üçün kadrların hazırlanmasına xərcləmək olmazdımı?
Unutmamısınıza, Fransadakı at yarışması zamanı Azərbaycan tərəfi sonda eşşək kimi yıxılan ata 3 milyon xərcləmişdi. Əliyev hakimiyyəti ardıcıl olaraq bu kimi layihələrə milyonlar xərcləyir, nəticədə də rüsvay olur.
Bir sözlə, dünyada dövləti səs oğruluğu, korrupsiya, insan haqlarının tapdalanması, keyfiyyətsiz təhsil, uşaq ölümü ilə rüsvay edən iqtidar bir yarışmaya milyonlar xərcləyib uğur qazanmaq istəyi çox gülüncdür.
Nə deyirlər desinlər, səsimizi Gürcüstana verək, qoy qalib Gürcüstan olsun! O rejimlər ki , xalqlarına ədalətlə yanaşır, onlar hər cür hörmətə layiqdir. Bir demokrat kimi bizim də Gürcüstana demokratiyaya görə təşəkkürümüz səsimizdir. Bu yarışmada qaliblik sənin haqqındır, qalib ol!
Saturday, May 14, 2011
// //
0
comments
//
Bir həftə öncə rayona getmişdim. Hər kəs məndən 2 və 17 aprel mitinqləri haqda soruşurdu. İnsanlar mitinqlərə baxdıqca onlarda həm ümid, bir xeyli də suallar yaranıb. Nənəmdə isə narahatçılıq və bu qorxu dolu narahatçılıqdan doğan aşağıdakı hadisə yaranıb. İranın “Səhər” kanalının gen-bol nümayiş etdirdiyi 2 aprel mitinqində məni ön sıralarda görən 70 yaşlı nənəm halsızlaşıb. Özünə gəldikdən sonra bunun çarəsinə baxmaq üçün üz tutub kəndin falçısına ( mollasına).
Deyib ki, onu sevimli nəvəsi mən Əbülfəz Cəbhənin üzvü kimi mitinqlərdə olur, polislə üz-üzə gəlirəm, həbs oluna bilərəm, döyülərəm…. Molla da siyasi sayıqlığı olan adam imiş. Kirli, içi yalan və iftiralarla dolu kitabını o tərəf bu tərəfə çevirdikdən sonra deyib ki, bəs nəvənin başını Əli Kərimov doldurub, yoldan çıxarıb. Sonra da əl boyda əzik kağızda özünün də bilmədiyi cızma-qaralar edib verib nənəmə. Əvəzində də 10 manat alıb. Mən də nənəmgildən çıxandan sonra fikirləşdim ki, niyə nənəm çay içəndə diqqətlə stəkana baxırmış? Sən demə, Kərimlinin məni yoldan çıxaran fikirlərini gücdən salacaq duaların yazıldığı kağızın islandığı su çayıma qatılıbmış…Nənəmi qınamadım. Savadsız qadındır. Bu cəhaləti Mirzə Cəlil, Mirzə Fətəli, Sovet rejimi təmizləyə bilməyib. Görünür, hələ də davam edəcək. Məni düşündürən isə budur: əcəba, molla hakimiyyətdəkilərdən, Əliyevlərdən, Əli Əhmədovdan və başqa yap-çılardan öyrənib yoxsa onlar molladan? Yoxsa falçıların da bunlarla müxalifətə qarşı əməkdaşlığı var? Cavabı Siyavuş Novruzovun öhdəsinə buraxıram.
Heyrət sənə heyrət, ey büt!
Nələr yaratdın…
Nələr yaratdın…
Friday, May 6, 2011
// //
0
comments
//
Hakimiyyət 2 aprellə bağlı bütün hücumlarıyla bizə göz açmğa imkan verməməyə çalışır. Kiçikdən böyüyə qədər hamını çağırıb dindirməyə çalışırlar. Içlərindəki hədsiz narahatlıqla total qorxu yaratmaq istəyirlər. 2003-cü ilin 16 oktyabrından sonrakı durğunluğu yaradıb bir müddət də rahat talançılıq etməkdir.
Bununla belə, bizim qarşımızda alçaq həqiqətlərlə tək qalıblar. Bu hakimiyyəti qoruyacaq yeganə qüvvə kimi polis qalıb. Rejimin demokratik düşərgəyə qarşı olan hər arqumenti, əslində, iftiraları artıq işləmir. Qurşaqdan aşağı zərbələr də sürətlə özlərinə qarşı çevrilməkdədir. Hakimiyyətin ən yüksək səviyyədə olan etirafları, verilmiş qərarları sadə azərbaycanlı tərəfindən gülüşlə qarşılanmaqdadır.
Biz nə etməliyik? 20-ci əsrin əvvəllərində Almaniya sosialistlərinin mahnısında deyilirdi: “Sənin qüdrətli əlin istəsə, bütün çarxlar dayanar”. Xalqın qüdrətli əlini qaldırmalıyıq. Indi bizdə də hər kəs bilir ki, bu əl qalxmalıdır, bununla da rejim bitəcək. Rejim də bunu anladığı üçün həmin əli buxovlamaq istəyir. Bir tərəfdən açıq şəkildə bizə qarşı tərbiyəsiz muzdlu dəstələrdən istifadə edir. O biri tərəfdən xalqa qarşı kampaniya xarakterli addımlar atır, utanmaz-utanmaz xalqı aldadaraq antikorrupsiya elan edir, qiymətləri endirir, yaxşı günlər vəd edir. Əslində isə, bütün bunlar vətəndaşı ələ almaq üçün yarımçıq və nəticəsiz işlərdir. Çünki xalqa hər şey verilsə də, xalqın heç nəyi yoxdur. Ərəb inqilabları azərbaycanlılara Ilham Əliyevdən yalnız vədlər verdirdi. Pərdələmələr, etiraflar, vədlərlə xalqı doydurmaq mümkün deyil. Buna əmin olub nə etməliyik?
Biz yarımçıq imkanlarla meydana çıxmalıyıqmı?
Qüdrətli əli hərəkətə gətirmək üçün, “dayandınız” deyə, səslənən məsxərələri qulaqardına vurmaq lazımdır. Hakimiyyətin təlxək sifətlərini eşitməmək, dinləməmək lazımdır. Təmkinlə, soyuqqanlı davranmalıyıq. Bizim fəaliyyətimiz, qərarlarımız Azərbaycan xalqına hesablanmalıdır. Dünya bizə bu xeyirxah işdə dəstək vermək istəyirsə, o bunu hər zaman edəcək, etməlidir. Siyasi strukturlar böyük təşkilatçı qrupunu yaratmalı və hərəkətə gətirməlidir. Bu təşkilatçılıq ənənəvi olmaqla yanaşı, həm də internet təşkilatçılığı olmalıdır. Milyonların çalışdığı zavodlar, fabriklər, on minlərin yaşadığı tələbə yataqxanaları yoxdur, əvəzində yüz minlərin “yatıb-durduğu” sosial şəbəkələr var.
Əgər onlar bizi hələ də üstələyirsə, həm də günahkar özümüzük. Sistemsizliyi, tənbəlliyi, zamanı boşa verməyi prinsiplərə xəyanət kimi qiymətləndirmək zamanıdır. Hamımız Böyük və Xoş günlərə tələsirik. Ancaq bu bizə mane olursa, məqamı düzgün qiymətləndirməyib dalana dirəniriksə, çox tələsənlərə yol vermək lazımdır, getsinlər.
***
Ruslan Bəşirlinin 33 yaşı tamam oldu. Ona qarşı dövlət çevrilişinə cəhd ittihamı irəli sürülmüşdü. Ermənilərlə əlaqədə suçlayırdılar onu. O zaman bu hay-küy ortaya çıxanda bir çoxları hakimiyyətin növbəti komediyasını başa düşsə də, bütün ölkə boyunca aparılan iyrənc təbliğatın qarşısında adamlar susurdu. Bəziləri buna görə bizi qınayırdı da. Çətin vaxt idi. Zaman keçib, illər ötüb, amma hakimiyyət yenə də eyni cür davranmaqdadır. Martın 11-də aksiya keçirməyə hazırlaşan müstəqil gənclərə qarşı təxminən eyni mövqe sərgiləndi. Əli Əhmədov, Abel Məhərrəmov və başqa hakimiyyət sifətləri hakimiyyətə talançı, oğru siyasətinə görə etiraz edən gəncləri ermənilərə qarşı mübarizə aparmamaqda suçladı. Rejimin sürtük təbliğatçıları olan bir sıra televiziyalar “Facebook”da elan olunmuş “11 Mart - Böyük Xalq Günü” tədbirinə qoşulmuş “erməni”ni taparaq gəncliyi gözdən salmaq istədi.
Bu hadisənin üzərindən altı il ötüb. Yenə də hakimiyyət ona etiraz edənlərə qarşı mübarizədə eyni ittihamlardan istifadə edir. Dəyişmirlər, düzəlmirlər. Qaragüruhçuluqları davam edir. Çarəsinə baxmalıyıq...
Saturday, April 30, 2011
// //
0
comments
//
Ilham Əliyev gənclərlə görüşdü. Əliyevin hazırlanacaq proqramla bağlı ümumi formanı ifadə edən və bu günədək dəfələrlə səsləndirilmiş fikirləri məndə həmin sənədlə bağlı aydın təsəvvür yaratdı. Hər dəfə dediyimiz və hamımızın yaşadığı problemləri ümumi halda sadalamaq hələ onları həll etmək deyil. Ona qalsa, “Gənclər siyasəti haqqında” qanun ən real mexanizmdir. Sadəcə, qanunun gerçəkləşdirilməsi üçün iradə və istək olmalıdır. Bu da təxminən ölkə başçısının Qarabağla bağlı çıxışlarında düşmənləri hədələdiyi Lazım kimi bir şeydir, yəni, gələcəyinə, dadınıza çatacağına inanmayın.
Ilham Əliyevin gənclərin məşğulluğu ilə, inkişafı sahəsindəki problemləri orada sürətlə qeyd aparan həmyaşıdlarla dəfələrlə müxtəlif debatlarda səsləndirmişik, yazmışıq. Indi nə oldu? Biz deyəndə çiçəklənən, güllənən gələcəkdən danışırdız, problemləri şişirtdiyimizi deyirdiniz. Gərək prezidentiniz etiraf etsin, sonra inanasız?
Hər kəs bu görüşün motivini dəqiq bilir. Avtoritar düşərgə müxalifətin fəallığından və xalqla eyni mövqedən çıxışından sonra xalqa doğru bir addım irəli (yumurtanı ucuzlaşdırmaq), iki addım geri (imitasiya və yalan) hərəkətliliyinin davamıdır. Azərbaycan hakimiyyətinin kəramətinə az-çox bələd olanlar bilir ki, yüz belə proqram hazırlansa da problemlər həll olunmayacaq, əksinə hər yeni proqram korrupsiyanı bir az da çiçəkləndirəcək. Ötən illərdə də belə bir proqram hazırlanmışdı. Onun da kökündə 2005-ci il seçkilərində demokratik düşərgədə ona yaxın yeni gənclər təşkilatının yaranması, xeyli sayda gəncin “Azadlıq bloku”nun xəttini dəstəkləməsi idi. O zaman da, indi də məqsəd Azərbaycan gəncini aldatmaqdır, ovundurmaqdır. Yoxsa niyə ötən illər ərzində ali məktəbə qəbullar zamanı iki il ard-arda əlli-altmış faiz 200-dən artıq bal toplaya bilmədi? Yaxud niyə işsizlərin, qul bazarlarında dayananların çoxluğunu gənclər təşkil etməli idi? Niyə ölkəni tərk edib qonşu ölkələrdə bir parça çörək üçün hər cür çətinliklərə dözən Azərbaycan gənci olmalı idi? Məhz bundan öncəki proqram da hazirlanmamışdan müxalif gənclər, “yeni fikir”çilər həbsə atılmışdı, universitetlərdən qovulmuşdu (AXCP-dən Turan Əliyev və Sənan Ağacanov), indi müzakirəsi gedən proqram da hələ hazırlanmayıb artıq dörd gənc həbsdədir, üçü ali məktəbdən qovulub, biri xaricdə ikən haqqında cinayət işi açılıb. Hakimiyyət xarakterini dəyişməyib. Problemlərin üzərinə köhnə metodlarla getməkdədir.
Ilham Əliyevin gənclərlə görüşünün özü belə hazırlanacaq Proqram haqda yaranmış şübhələri bir qədər də dərinləşdirdi. O tərkibdəki gənclər müxalifətçi gənclərlə debatda uduzmuşlardır. Dəfələrlə onlara “Əliyev hakimiyyətinin gənclər siyasəti sahəsindəki uğurundan beşini ardıcıl sayın” deyəndə susmuş adamlardır. Saxta mandatla parlamentdə oturanlardır. Belə qrupun Azərbaycan gənci üçün hansısa xeyirli proqram hazırlaya biləcəyinə inanmaq sadəlövlükdür. Ümumlikdə o görüşün əhatəsinə baxanda, birinci şəxsdən ən sonuncuya qədər, demokratik düşərgənin potensialına inamım bir qədər də artdı. Azərbaycan gəncinin hazırkı durumdan qurtarmağının yolu müxalifətin hakimiyyətə qarşı mübarizəsində iştirakdan ibarətdir. Məhz azadlıqlar uğrunda mübarizədə gəncliyin fəal iştirakı Ilham Əliyevin o gənclərlə görüşünü yaratdı.
Bəli, iddiamızda və inamımızda tam haqlıyıq. Əliyev hakimiyyəti özünün ən ağır və son günlərini yaşayır. Artıq ölkənin siyasi gündəliyini müəyyən etmək imkanı demokratik güclərin əlindədir. Hakimiyyətin özü və müxalifətlə bağlı sürtük təbliğatı durumu bir qədər də aydınlaşdırmaqdadır. Yol bizimdir, hərəkət etmək, daha ardıcıl olmaq lazımdır. Biz sıxlaşdıqca, fəallaşdıqca, onlar da xeyli görüşəcəklər, o gənclər də çox sevinəcək. Nəhayət, sonluq olacaq. Bu sonluqda demokrat gəncin qələbə sevincini aydın təsəvvür edə bilirəm...
Bəli, iddiamızda və inamımızda tam haqlıyıq. Əliyev hakimiyyəti özünün ən ağır və son günlərini yaşayır. Artıq ölkənin siyasi gündəliyini müəyyən etmək imkanı demokratik güclərin əlindədir. Hakimiyyətin özü və müxalifətlə bağlı sürtük təbliğatı durumu bir qədər də aydınlaşdırmaqdadır. Yol bizimdir, hərəkət etmək, daha ardıcıl olmaq lazımdır. Biz sıxlaşdıqca, fəallaşdıqca, onlar da xeyli görüşəcəklər, o gənclər də çox sevinəcək. Nəhayət, sonluq olacaq. Bu sonluqda demokrat gəncin qələbə sevincini aydın təsəvvür edə bilirəm...
Sunday, April 24, 2011
// //
0
comments
//
Azərbaycan polisi həyatımızın bir parçasına çevrilib. Istəmədiyimiz halda bu dəyənəkkimilərlə çox tez-tez rastlaşmalı oluruq. Getdikcə daha da miskinləşən, rəzil varlığa çevrilən Azərbaycan polisi...
Eyni şeyləri ölkənin bütün hüquq-mühafizə orqanları haqda demək olar. Ancaq onları fərqləndirmiyə ehtiyac varmı? Artıq hər bir hüquq-mühafizə orqanının ümumi bir adı var: Polis. Hamısının bir təyinatı var: Vətəndaşı şərləmək, hakimiyyətə etiraz edənləri bütün yollarla susdurmaq.
Bizim indiyədək bir çox ümidlərimiz olub. Bəzən haqlı, bəzən haqsız ümidlərlə yaşamışıq. Bunlara görə özümüzü danlaya da bilərik, danlamaya da. Ancaq bizim Azərbaycan polisinə ümidlənməkdə böyük səhvimiz olmayıb. Qardaşlarımız, xalqımızın balaları, bir gün bizə dönəcəklər deyə polisə əfvlə yanaşmışıq. Inanmışıq ki, lazımi məqamda bunlar rəhbərlərinin tapşırıqlarını göz ardına vuracaqlar, xalqa qarşı cinayət etməyəcəklər. Əslində təhlükəsizlik keşikçiləri olan bu şəxslər ümidləri doğrultmaq imkanında olublar. Məsələn, onların vəzifəsinə aid deyil ki, aksiyaçı qızın saçından tutub sürüsün, müxalifətçi qadının qolunu bursun, vətəndaşın, müxalifətçi gəncin ehtiraslı “Azadlıq!” çağırışlarına söyüşlə, təhqirlə cavab versin. Onlarsa içlərindən gələn amansızlıqla bunu xüsusi səylə ediblər. Hətta bunu edərkən reportyorun onların fotolarını gördükləri zaman başlarını dik tutublar, düz obyektivə zilləniblər. Sanki böyük qəhrəmanlıq edib, üzərində bomba gəzdirən terrorçunu, ermənini yaxalamış kimi...
Vətəndaşla düşmən rəftarı onların bacardığı tək şeydir. Normalda onlar bunu etməyə bilərdilər. Edirlər, çünki içlərində köləlik hissi var. Bundan azad olmaq müxalifətçiyə qarşı hər cür kobudluğu etməkdən daha çətindir. Aksiya meydanlarından, aksiyaçı qadının saçından sürükləməkdən kənarda polisin öz hekayəsi var. O, bu hekayə ilə yaşayır. “Yaxşı oğlan” olmaq, dindən mübahisələr etmək, dindar aksiyaçını səhv çıxarmaq üçün Allahın əmrindən, peyğəmbərin şəriətindən moizələr oxumaq, padşahın Allahın kölgəsi olmasından mərcə girmək, hüquqlarını tələb edənlərə Qarabağ uğrunda fədakarlıqdan, bir qədər fərqli geyinmiş, saçlarını uzatmış, çənəsində saqqal saxlamış gənc demokratın geymini, imicini ələ salmaq, şübhə ilə qarşısındakına baxmaq kimi keyfiyyətlər polisin çoxşaxəli hekayəsidir. Məsələn, polis səninlə mübahisə edəcək ki, sənə pul verildiyi üçün azadlıq tələb edirsən. Sən buna etiraz edəndə, rütbəsindən asılı olmayaraq, o düşünəcək ki, yox, pulsuz bura çıxmısansa, dəlisən, başın xarabdır. Əgər sən demokrat kimi onu mübahisədə udursansa, o dərhal yenidən mitinq meydanındakı özünə qayıdır, səni poqonu ilə hədələyir, susdurmağa çalışır. Bütün bunlar, bir sözlə, “yaxşı oğlan” olmaq iddiası bir şeyə görədir. Köləliyinin qarşısında ona verilən üç yüz manatı itirməmək, sonra təqaüdə çıxmaq və kuralları ilə bir ömür boyu xoşbəxt qul kimi yaşamaq. Bu, onun yazılmamış hekayəsidir.
Bu, əslində bədbəxtçilikdir, miskinlikdir.
Düzdür, hərdən istisnalar da olur. Olur ki, polis geyimində başqa bir sima ilə rastlaşırsan. Gerçəklikləri dərk edən, həmkarlarının etdiklərinə utanaraq susan Azərbaycan polisi. Ancaq bu obrazlara da ümid etmək səhvdir. Bu iyrəncliklərdən uzaq olmaq üçün onlar sistemdən imtina edə bilərlər, prezidentin 700 minlik iş yerinə aid olan özəl bir işlə təmin oluna bilərlər, vəkillik edərlər. Istəmirlər, yanlış səfdə yer alırlar.
Nəhayət, polis bizə qarşı kobud olduqca, biz də onlara qarşı ayıq olmalıyıq. Qardaşlıq çoxdan bitmişdir.
Thursday, April 21, 2011
// //
0
comments
//
Son mitinq bir çox həqiqətləri üzə çıxardı. Hakimiyyətin müxalifətlə bağlı gözləntilərinin puç olduğunu, xalqın müxalifətə inanmaması iddiasının yalan olduğunu tam aşkarlıqla
ortaya qoydu.
Bu arada, daha bir həqiqətin üstünə işıq salındı. Rejimin illərdir həyata keçirdiyi gənclər siyasətinin bəhrəsinin nədən ibarət olduğu ortaya çıxdı. Hakimiyyət böyük cəhdlərlə gənclər siyasəti qurmuşdu. Əvvəllər də dediyimiz kimi, hakimiyyət gənclər siyasətilə bağlı qanunu bir kənara qoyub, özünə uyğun gənclər siyasəti yeridirdi. Bu siyasət bir neçə istiqamətdə mövcuddur:
Bu arada, daha bir həqiqətin üstünə işıq salındı. Rejimin illərdir həyata keçirdiyi gənclər siyasətinin bəhrəsinin nədən ibarət olduğu ortaya çıxdı. Hakimiyyət böyük cəhdlərlə gənclər siyasəti qurmuşdu. Əvvəllər də dediyimiz kimi, hakimiyyət gənclər siyasətilə bağlı qanunu bir kənara qoyub, özünə uyğun gənclər siyasəti yeridirdi. Bu siyasət bir neçə istiqamətdə mövcuddur:
Birincisi: əhalinin çoxluğunu təşkil edən gəncləri bütün vasitələrlə ictimai dəyərlərdən uzaq tutmaq, gəncliyin düşüncəsini şoular, bayağı əyləncələr, vecsizlik ətrafında formalaşdırmaq;
Ikincisi: siyasi hakimiyyətə qarşı etirazçı mövqeyilə tanınan gənclər qrupunu mümkün olduqca susdurmaq, təqib etmək, həbsə atmaq;
Üçüncüsü: keçici maraqlar naminə ona “hə” deyənləri şirnikləndirici vasitələrlə özünün “buyruqqulu”larına çevirmək, ən müxtəlif məqamlarda həmin “hə”çilərin fikrini öyrənmədən onlardan istifadə etmək. Məsələn, lazımdırsa, bu gənclər paytaxt sakini rolunda telekanallarda hakimiyyəti tərifləməlidir. Başqa bir məqamda seçkinin nəticələrini hakim partiyanın qarşısında alqışlamalıdır. Hakimiyyətin daha gərgin vaxtlarında onlar hakimiyyətin rəqiblərini təhqir etmək üçün söyüşə başlamalıdır və s.
Bu üç istiqamətli siyasət illərdir böyük zəhmət hesabına həyata keçirilirdi. Hökumətin gənclərlə bağlı bütün proqramlarında, qərarlarında məqsəd, vecsiz, biganə və mütiliklə ona baş əyən, standartlarına uyğun gələn nəsil yetişdirmək istəyi idi. Hakimiyyət öz arzularının gəncliyini yetişdirmək istəyirdi. Bu baş tutdumu? Bu siyasətin nəticəsi varmı?
Nəticə var. 2 aprel mitinqi ərəfəsində, mitinq günü və ondan sonra hakimiyyət gənclik siyasətinin təqdimatını etdi. Təqdimat AXCP sədri Əli Kərimlinin evinin önündə başladı və Müsavat partiyasının binası qarşısında davam etdi. Paralel olaraq televiziyalar Azərbaycan xalqının pulu ilə xaricdə təhsil alanları danışdırmaqla nəticəni olduğu kimi göstərdilər. Say baxımından məhdud olan, keyfiyyətdə isə daha səviyyəsiz formalaşdırılmış gəncləri hər kəs gördü. Hakimiyyət hamıya açıq şəkildə göstərdi ki, onun gənclər siyasətinin hədəfi məhz həmin iki ünvanda toplaşmış adamları yetişdirməkdir. Onun böyütmək istədiyi gənclər belə olmalıdır.
Üçüncüsü: keçici maraqlar naminə ona “hə” deyənləri şirnikləndirici vasitələrlə özünün “buyruqqulu”larına çevirmək, ən müxtəlif məqamlarda həmin “hə”çilərin fikrini öyrənmədən onlardan istifadə etmək. Məsələn, lazımdırsa, bu gənclər paytaxt sakini rolunda telekanallarda hakimiyyəti tərifləməlidir. Başqa bir məqamda seçkinin nəticələrini hakim partiyanın qarşısında alqışlamalıdır. Hakimiyyətin daha gərgin vaxtlarında onlar hakimiyyətin rəqiblərini təhqir etmək üçün söyüşə başlamalıdır və s.
Bu üç istiqamətli siyasət illərdir böyük zəhmət hesabına həyata keçirilirdi. Hökumətin gənclərlə bağlı bütün proqramlarında, qərarlarında məqsəd, vecsiz, biganə və mütiliklə ona baş əyən, standartlarına uyğun gələn nəsil yetişdirmək istəyi idi. Hakimiyyət öz arzularının gəncliyini yetişdirmək istəyirdi. Bu baş tutdumu? Bu siyasətin nəticəsi varmı?
Nəticə var. 2 aprel mitinqi ərəfəsində, mitinq günü və ondan sonra hakimiyyət gənclik siyasətinin təqdimatını etdi. Təqdimat AXCP sədri Əli Kərimlinin evinin önündə başladı və Müsavat partiyasının binası qarşısında davam etdi. Paralel olaraq televiziyalar Azərbaycan xalqının pulu ilə xaricdə təhsil alanları danışdırmaqla nəticəni olduğu kimi göstərdilər. Say baxımından məhdud olan, keyfiyyətdə isə daha səviyyəsiz formalaşdırılmış gəncləri hər kəs gördü. Hakimiyyət hamıya açıq şəkildə göstərdi ki, onun gənclər siyasətinin hədəfi məhz həmin iki ünvanda toplaşmış adamları yetişdirməkdir. Onun böyütmək istədiyi gənclər belə olmalıdır.
Bəli, heç bir zəhmət nəticəsiz qalmır. Bu, uzun illərin ağır səylərinin, yuxusuz gecələrin bəhrəsi idi. Analoqu olmayan son göstərici idi. Heç kəs, heç bir hakimiyyət bunun öhdəsindən gələ bilməzdi, Əliyevlər hakimiyyəti ustalıqla gəldi. Əli Əhmədovun “11 Mart” aksiyasının iştirakçılarına tənə edərkən arzuladığı gənclər məhz bunlar idi. Onlar Əhmədovun da ümidlərini doğrultdu. Hakimiyyəti qorumaq, onun əbədiliyini təmin etmək üçün belə gənclər böyütmək dünyanın “ən böyük sənət əsəri”dir.
Gerçəkdə isə durum başqadır. Bütün cəhdlər boşa çıxıb. Hakimiyyət, bu qədər geniş resurslarla demokratik düşərgəni istədiyi hala gətirməyi bacarmadığının, əksinə, bu düşərgənin yenidən gücləndiyinin şahidi olduğu kimi, ölkə gəncliyinin fəal çoxluğunun da onun yürütdüyü siyasətə qarşı çıxdığını gördü. Getdikcə daha çox gənc həvəslə demokratik düşərgənin davamçılarına çevrilir. Azərbaycanın həqiqi demokratlarının nəsillərarası əlaqasi tükənmir, davam edir.
Müxalifət növbəti mitinq çağırışını etdi. Bu ərəfədə keçirilən hər aksiya Azərbaycan gəncinin azad və rahat yaşamaq istəyinin ifadəsidir. Öz istəyimizi özümüz deməliyik. Başqaları sizin, bizim ifadəçimiz ola bilməz. Qəlbindəki mübarizə, azadlıq sevginə yer verməlisən. Nə şəxsi həyatımız, nə də həbslər bizi çəkindirməlidir. Təzyiqlər də, həbslər də keçicidir. Bir gün onlar keçmişin xatirəsi olacaq. Qazancımız isə bu gün arzuladığmız Azərbaycan olacaq!
Thursday, April 14, 2011
// //
0
comments
//
Ən çox oxunanlar
-
Bu da belə.. Əli Kərimli gənclərlə geniş bir görüş keçirən kimi İlham Əliyevin yadına gənclər düşdü, gənclər fondu yaratdı. Bunu əvvəl niyə ...
-
Stalin ölümündən iki həftə əvvəl, Hindistan səfiri ilə söhbət zamanı qəfildən anlaşılmaz, sirlə dolu bir ifadə işlətmişdir: “Canavar mə...
-
Ötən gün “Azadlıq”ın sonuncu səhifəsində oxudum ki, Mayamidə 41 ildir su parkı nümayişlərinə görə həbs olunan balinanın sərbəst buraxılması ...
-
Azərbaycan gənclər ölkəsidir. Əhalisinin 2 milyondan çoxu gənclərdir. Bu gəncliyin sayı qədəri də probelmləri var. Bu gəncliyin qənimi təkcə...
-
Müxalifət bir çox hallarda uğursuzluğa görə yerli-yersiz ittiham olunur. Əlbəttə, müəyyən zaman keçməsinə baxmayaraq, müxalifət qarşısındakı...
Əli Kərimlinin bloqu