Hakimiyyətin gəncliyi manqurtlaşdırma siyasəti

Ötən günlərdə “Azad Gənclik” təşkilatının paytaxt sakinləri arasında Respublika Günü ilə bağlı keçirdiyi video-sorğu müzakirə olunurdu. Sorğuda 28 mayın nə ilə əlamətdar olduğu, həmin gün telekanalların efirində kimin fotosunun yerləşdirilməli olduğu kimi suallar qoyulmuşdu.
Sorğuya cavab verənlər arasında həm orta, həm də gənc nəslin nümayəndələri var. Soğru özü də iki yerə bölünüb. Birincidə əsasən, yaşlıların cavabları və mövqeləri konkretdir. Deyiblər ki, 28 may Müstəqillik Günüdür, Rəsulzadə və tərəfdaşlarının adı ilə bağlıdır. Televeziyaların küncünə də Heydər Əliyevin deyil, Məmməd Əmin Rəsulzadənin fotosu qoyulmalıdır.
Ikinci sorğunu cavablandıranlar əsasən, gənclərdir. 17-20 yaşlı gənclər 28 mayın tarixini bilmək bir yana, kamera qarşısında düz-əməlli danışa da bilmirlər. Biri qulaqlarını qaşıyır, digəri üzünü yana çevirir. Bu görüntülər “Facebook”da paylaşıldıqca sosial şəbəkə istifadəçilərində Azərbaycan gəncliyinə münasibətdə bir ümidsizlik əhval-ruhiyyəsi yaranırdı. Bəziləri bundan təəssüflənir, bəziləri “Budur bizim gəncliyimiz!” kimi rəylər yazırdılar.Ilk baxışda bu şərhlərə haqq qazandırmaq olar. Ancaq hər iki videogörüntülərə baxanda adamda sual yaranır: nədən yaşlıların bildiyini gənclər bilmir? Doğrudanmı bizim gənclər bu qədər savadsızlaşıb, bayağılaşıb?
Əlbəttə, bütövlükdə gənclik bu halda deyil. Bir qrup ictimai fəal gənclər var ki, onlar həqiqətləri bilir, bacardıqca ədalətsizliyə, qanunsuzluğa etiraz edir, ölkəsinin dəyişilməsini istəyir və ən əsası, bunun üçün özündən asılı olanları eləməyə çalışır.
Başqa bir qrup ictimai fəallar da var ki, onlar bilərəkdən və ya bilməyərəkdən indidən yalan danışmağı, görə-görə kor olmağı özünə rəva bilir.Ən böyük qrup isə laqeydlərdir. Onlar əzici çoxluq və vecsizlərdir. Onları “07" aşiqləri də demək olar. Eyni zamanda onları ölkədə cidd-cəhdlə yürüdülən gənclər siyasətinin qurbanları da adlandırmaq olar. Onlar ”Azad Gənclik"in sorğularına baxarkən təəssüf yaradanlardır. Biz  onları bu durumlarına görə qınaya bilərik. Düşünürəm ki, gənc olaraq buna haqqımız da çatır hardasa. Ancaq daha böyük günahkarlar var. Onların kimliyini bilmək üçün dövlətin öz vətəndaşlarına münasibətdə seçdiyi tərbiyə üsuluna, hər gənc azərbaycanlı üçün cızılan istiqamətə qısaca nəzər yetirək.
Azərbaycan gənci uşaq yaşlarından dövlətin psixoloji informasiya zərbələrinə məruz qalır. Ilk zərbəni onlar uşaq bağçalarında alır. Bizim uşaq bağçalarındakı vəziyyəti təsəvvür edirsiniz də... Içəri girən kimi divarda Heydər Əliyevin şəkli, rüşvətxor bağça direktoru, uşaq tərbiyəsindən xəbəri olmayan, analoqsuz televiziyaların daimi izləyiciləri olan tərbiyəçilər. Bağça məktəbəqədərki təhsil müəssisəsidir. Uşaqlarda ilkin vərdişlər yaradılmalıdır, ona müəyyən biliklər verilməlidir. Bizdə  isə bağçaya gedən uşaq elə ilk gündən Heydər adlı babasının olduğunu öyrənir, bağçada nə üçünsə pul yığıldığının şahidi olur. Ümumi mənzərə budur.
Bununla da uşaq məktəbəqədərki ilkin ictimai tramvanı alır. Növbəti mərhələ məktəbdir. Burada uşağın beynində “Heydər mənim babamdır” təlqini möhkəmləndirilir. Oxumaqsa, evdəkilərin tələblərini yerinə yetirmək üçündür. Məktəb həm də də universitetə qəbul olunmaq üçündür. Azərbaycan məktəbi rüşvət alıb-vermək üçün praktika kursudur. Yəni bu müəssisələrin vətəndaş hazırlamaq, yetişdirmək kimi funksiyaları yoxdur. Adi insanlıq dəyərlərini təbliğ etmək gücündə deyil.
Təbii ki, orta məktəblər universitetlərə tələbə hazırlamaq imkanında da deyil. Belə olmasaydı, son iki ildə abituriyentlərin təxminən 50-60 faizi 200-dən aşağı bal toplamazdı.
Bütün bunlarla yanaşı, bağçanın, məktəbin “öyrətdiklərini” möhkəmləndirən telekanallardakı manqurt ruhlu verilişlər də var.
Bu boyda həngamədən sonra gənc haradan bilsin ki, 28 may hansı hadisə ilə əlamətdardır? Bu günün əsas simaları kimdir?Ola bilsin ki, məni bütün günahları hakimiyyətin üstünə yıxmaqda ittiham edənlər, əslində, günahkarın elə bu gənclərin özləri olduğu iddiasında bulunanlar tapılacaq. Bu fikirdə olanlar mənə izah eləsinlər görək ki, bu dövlətin vəzifəsi nədir? Təhsil Nazirliyi nə üçündür? Bağçaların, məktəblərin əsl vəzifəsi nədir?
Hər doğulan, böyüyən uşaq vətəndaş kimi tərbiyə olunmalıdır. Bu, dövlətin ali vəzifəsidir.
Bu araşdırma əslində, bizim indiyə qədər dediklərimizin həqiqət olduğunu sübut etdi. Əliyev hakimiyyəti ölkədə illərdir beyinsiz, şüursuz nəsil yetişdirmək istiqamətində çalışır. Bunu, suallara müəyyən istisnalarla normal cavablar verən yaşlı nəsil və cavab əvəzinə qulağını qaşıyan gənclərin müqayisəsində də hiss eləmək mümkündür.

Read more


Təklənən İlham Əliyev

May ayı ərzində Azərbaycana xeyli səfərlər olub. Bunların içində mənfi yöndən diqqət çəkən Lativiyanın birinci xanımının və Çexiya prezidentinin gəlişidir . Bu səfərlər ilk növbədə demokratik Avropanın imici üçün ləkədir.Bir Avropa dövlətinin
prezidentinin xanımı Azərbaycana gəlir və gül bayramında iştirak edir.Məgər bu adam bilmir ki, onun qatıldığı bu törənin korrupsiya qatqısı var? Bilmir ki, çiçəklərlə bəzədilmiş bu bayram xalqın hakimiyyətini oğula ötürmüş atanın ad günüdür? Ya Çexiyanın prezidentinin fəxri xiyabanı ziyarət etməsi Avropanın demokratik ənənələrinə zidd deyilmi?
Əvvəllər Şərqi Avropanın bu ölkələrinin və liderlərinin yerində indi inqilabların baş verdiyi ərəb ölkələri və devrilmiş liderləri dayanırdı. İndi isə dünyadan təcrid olunan hakimiyyət əlindəki imkanlar hesabına şərqi Avropaya üz tutur. Nə etməli? Əlimizdəki internet imkanları hesabına Azərbaycan iqtidarının mahiyyətini həmin ölkələrin ictimaiyyətinə çatdırmaq üçün kompaniyaya başlamalıyıq. O ölkələrin fəal kəsimi, mediası bilməlidir ki, onların liderləri Azərbaycan rəhbərləri ilə olan isti münasibətləri ilə əslində Avropanın demokratik ənənələrinə necə hörmətsizlik edirlər. Hədəf Əliyev hakimiyyətinin Orta Asiya ölkələri ilə, İran, Rusiya,Belarusiya ilə baş-başa qalması olmalıdır. Azərbaycana gələn hər demokratik dövlətin lideri hara gəldiynin fərqində olmalıdır. Weekleaksin Azərbaycan hakimiyyəti ilə bağlı yaydıqlarını onların göz önünə gətirmək lazımdır.

Read more

Elnur Məcidli

Ən çox oxunanlar

Əli Kərimlinin bloqu

Arxiv

Sayğac

free counters