Ötən günlərdə “Azad Gənclik” təşkilatının paytaxt sakinləri arasında Respublika Günü ilə bağlı keçirdiyi video-sorğu müzakirə olunurdu. Sorğuda 28 mayın nə ilə əlamətdar olduğu, həmin gün telekanalların efirində kimin fotosunun yerləşdirilməli olduğu kimi suallar qoyulmuşdu.
Sorğuya cavab verənlər arasında həm orta, həm də gənc nəslin nümayəndələri var. Soğru özü də iki yerə bölünüb. Birincidə əsasən, yaşlıların cavabları və mövqeləri konkretdir. Deyiblər ki, 28 may Müstəqillik Günüdür, Rəsulzadə və tərəfdaşlarının adı ilə bağlıdır. Televeziyaların küncünə də Heydər Əliyevin deyil, Məmməd Əmin Rəsulzadənin fotosu qoyulmalıdır.
Ikinci sorğunu cavablandıranlar əsasən, gənclərdir. 17-20 yaşlı gənclər 28 mayın tarixini bilmək bir yana, kamera qarşısında düz-əməlli danışa da bilmirlər. Biri qulaqlarını qaşıyır, digəri üzünü yana çevirir. Bu görüntülər “Facebook”da paylaşıldıqca sosial şəbəkə istifadəçilərində Azərbaycan gəncliyinə münasibətdə bir ümidsizlik əhval-ruhiyyəsi yaranırdı. Bəziləri bundan təəssüflənir, bəziləri “Budur bizim gəncliyimiz!” kimi rəylər yazırdılar.Ilk baxışda bu şərhlərə haqq qazandırmaq olar. Ancaq hər iki videogörüntülərə baxanda adamda sual yaranır: nədən yaşlıların bildiyini gənclər bilmir? Doğrudanmı bizim gənclər bu qədər savadsızlaşıb, bayağılaşıb?
Əlbəttə, bütövlükdə gənclik bu halda deyil. Bir qrup ictimai fəal gənclər var ki, onlar həqiqətləri bilir, bacardıqca ədalətsizliyə, qanunsuzluğa etiraz edir, ölkəsinin dəyişilməsini istəyir və ən əsası, bunun üçün özündən asılı olanları eləməyə çalışır.
Başqa bir qrup ictimai fəallar da var ki, onlar bilərəkdən və ya bilməyərəkdən indidən yalan danışmağı, görə-görə kor olmağı özünə rəva bilir.Ən böyük qrup isə laqeydlərdir. Onlar əzici çoxluq və vecsizlərdir. Onları “07" aşiqləri də demək olar. Eyni zamanda onları ölkədə cidd-cəhdlə yürüdülən gənclər siyasətinin qurbanları da adlandırmaq olar. Onlar ”Azad Gənclik"in sorğularına baxarkən təəssüf yaradanlardır. Biz onları bu durumlarına görə qınaya bilərik. Düşünürəm ki, gənc olaraq buna haqqımız da çatır hardasa. Ancaq daha böyük günahkarlar var. Onların kimliyini bilmək üçün dövlətin öz vətəndaşlarına münasibətdə seçdiyi tərbiyə üsuluna, hər gənc azərbaycanlı üçün cızılan istiqamətə qısaca nəzər yetirək.
Azərbaycan gənci uşaq yaşlarından dövlətin psixoloji informasiya zərbələrinə məruz qalır. Ilk zərbəni onlar uşaq bağçalarında alır. Bizim uşaq bağçalarındakı vəziyyəti təsəvvür edirsiniz də... Içəri girən kimi divarda Heydər Əliyevin şəkli, rüşvətxor bağça direktoru, uşaq tərbiyəsindən xəbəri olmayan, analoqsuz televiziyaların daimi izləyiciləri olan tərbiyəçilər. Bağça məktəbəqədərki təhsil müəssisəsidir. Uşaqlarda ilkin vərdişlər yaradılmalıdır, ona müəyyən biliklər verilməlidir. Bizdə isə bağçaya gedən uşaq elə ilk gündən Heydər adlı babasının olduğunu öyrənir, bağçada nə üçünsə pul yığıldığının şahidi olur. Ümumi mənzərə budur.
Bununla da uşaq məktəbəqədərki ilkin ictimai tramvanı alır. Növbəti mərhələ məktəbdir. Burada uşağın beynində “Heydər mənim babamdır” təlqini möhkəmləndirilir. Oxumaqsa, evdəkilərin tələblərini yerinə yetirmək üçündür. Məktəb həm də də universitetə qəbul olunmaq üçündür. Azərbaycan məktəbi rüşvət alıb-vermək üçün praktika kursudur. Yəni bu müəssisələrin vətəndaş hazırlamaq, yetişdirmək kimi funksiyaları yoxdur. Adi insanlıq dəyərlərini təbliğ etmək gücündə deyil.
Təbii ki, orta məktəblər universitetlərə tələbə hazırlamaq imkanında da deyil. Belə olmasaydı, son iki ildə abituriyentlərin təxminən 50-60 faizi 200-dən aşağı bal toplamazdı.
Bütün bunlarla yanaşı, bağçanın, məktəbin “öyrətdiklərini” möhkəmləndirən telekanallardakı manqurt ruhlu verilişlər də var.
Bütün bunlarla yanaşı, bağçanın, məktəbin “öyrətdiklərini” möhkəmləndirən telekanallardakı manqurt ruhlu verilişlər də var.
Bu boyda həngamədən sonra gənc haradan bilsin ki, 28 may hansı hadisə ilə əlamətdardır? Bu günün əsas simaları kimdir?Ola bilsin ki, məni bütün günahları hakimiyyətin üstünə yıxmaqda ittiham edənlər, əslində, günahkarın elə bu gənclərin özləri olduğu iddiasında bulunanlar tapılacaq. Bu fikirdə olanlar mənə izah eləsinlər görək ki, bu dövlətin vəzifəsi nədir? Təhsil Nazirliyi nə üçündür? Bağçaların, məktəblərin əsl vəzifəsi nədir?
Hər doğulan, böyüyən uşaq vətəndaş kimi tərbiyə olunmalıdır. Bu, dövlətin ali vəzifəsidir.
Bu araşdırma əslində, bizim indiyə qədər dediklərimizin həqiqət olduğunu sübut etdi. Əliyev hakimiyyəti ölkədə illərdir beyinsiz, şüursuz nəsil yetişdirmək istiqamətində çalışır. Bunu, suallara müəyyən istisnalarla normal cavablar verən yaşlı nəsil və cavab əvəzinə qulağını qaşıyan gənclərin müqayisəsində də hiss eləmək mümkündür.
Saturday, June 4, 2011
// //
0
comments
//
0 comments to "Hakimiyyətin gəncliyi manqurtlaşdırma siyasəti"
Ən çox oxunanlar
-
Bu da belə.. Əli Kərimli gənclərlə geniş bir görüş keçirən kimi İlham Əliyevin yadına gənclər düşdü, gənclər fondu yaratdı. Bunu əvvəl niyə ...
-
Stalin ölümündən iki həftə əvvəl, Hindistan səfiri ilə söhbət zamanı qəfildən anlaşılmaz, sirlə dolu bir ifadə işlətmişdir: “Canavar mə...
-
Ötən gün “Azadlıq”ın sonuncu səhifəsində oxudum ki, Mayamidə 41 ildir su parkı nümayişlərinə görə həbs olunan balinanın sərbəst buraxılması ...
-
Azərbaycan gənclər ölkəsidir. Əhalisinin 2 milyondan çoxu gənclərdir. Bu gəncliyin sayı qədəri də probelmləri var. Bu gəncliyin qənimi təkcə...
-
Müxalifət bir çox hallarda uğursuzluğa görə yerli-yersiz ittiham olunur. Əlbəttə, müəyyən zaman keçməsinə baxmayaraq, müxalifət qarşısındakı...
Əli Kərimlinin bloqu
Post a Comment