Mən Gürcüstana səs verəcəm!

Ötən gün dostlarla Avrovizion haqda danışırdıq. Kimin qalib gəlib və ya gəlməyəcəyindən deyil. Azərbaycan qalib olarsa, qulağımızın dəng olacağından, bu qalibiyyətin İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi kimi təqdimatlarından bezəcəyimizdən narahatıq. Bu ölkədə hər belə uğur Azərbaycanın yox, hakimiyyətin adına yazılır. Bunların muğam yarışması keçirib özlərini xalqa sırımağını heç kim unutmayıb. Buna görə də dostlarla birlikdə hər kəsə çağırırş etdik ki, bu yarışmada xaricdəki həmyerlilərimiz Gürcüstana səs versin.
Niyə məhz Gürcüstana? Gürcüstan bizim üçün demokratiyanın nümunəsidir. Hökumətin vətəndaşlarına hörmətinin nümunəsidir. Nə qədər fərqli səslənsə də, biz  Azərbaycanın bu yarışmadan qazanmasın istəmirik. Çünki bu qazancın hər kəs bilir ki, Azərbaycana hər hansı faydası yoxdur. Əksinə, hər dəfə başqalarından daha çox pul xərcələyirlər, üstəlik qalib də ola bilmirlər. Bundan öncəki yarışmada Moldova cəmi 1 min, Rusiya 30 min, Norveç hətta təşkilatçı olduğu halda 17 milyon, Azərbaycan isə 10 milyon dollar xərcləmişdi. Bu bizə lazımdır? Azərbaycanın onlarla universiteti var, ancaq dünyada seçilən universitetlər arasında heç birinin adı yoxdur. Bu pulları milli universitetlərin inkişafına, onların xilası üçün kadrların hazırlanmasına xərcləmək olmazdımı?
Unutmamısınıza, Fransadakı at yarışması zamanı Azərbaycan tərəfi sonda eşşək kimi yıxılan ata 3 milyon xərcləmişdi. Əliyev hakimiyyəti ardıcıl olaraq bu kimi layihələrə milyonlar xərcləyir, nəticədə də rüsvay olur.
Bir sözlə, dünyada dövləti səs oğruluğu, korrupsiya, insan haqlarının tapdalanması, keyfiyyətsiz təhsil, uşaq ölümü  ilə rüsvay edən iqtidar bir yarışmaya milyonlar xərcləyib uğur qazanmaq istəyi çox gülüncdür.
Nə deyirlər desinlər, səsimizi Gürcüstana verək, qoy qalib Gürcüstan olsun! O rejimlər ki , xalqlarına ədalətlə yanaşır, onlar hər cür hörmətə layiqdir. Bir demokrat kimi bizim də Gürcüstana demokratiyaya görə təşəkkürümüz səsimizdir. Bu yarışmada qaliblik sənin haqqındır, qalib ol!


0 comments to "Mən Gürcüstana səs verəcəm!"

Post a Comment

Elnur Məcidli

Ən çox oxunanlar

Əli Kərimlinin bloqu

Arxiv

Sayğac

free counters