Sən nə yaratdın, ey büt?

Bir həftə öncə rayona getmişdim. Hər kəs məndən 2 və 17 aprel mitinqləri haqda soruşurdu. İnsanlar mitinqlərə baxdıqca onlarda həm ümid, bir xeyli də suallar yaranıb. Nənəmdə isə narahatçılıq və bu qorxu dolu narahatçılıqdan doğan aşağıdakı hadisə yaranıb. İranın “Səhər” kanalının gen-bol nümayiş etdirdiyi 2 aprel mitinqində məni ön sıralarda görən 70 yaşlı nənəm halsızlaşıb. Özünə gəldikdən sonra bunun çarəsinə baxmaq üçün üz tutub kəndin falçısına ( mollasına).
 Deyib ki, onu sevimli nəvəsi mən Əbülfəz Cəbhənin üzvü kimi mitinqlərdə olur, polislə üz-üzə gəlirəm, həbs oluna bilərəm, döyülərəm…. Molla da siyasi sayıqlığı olan adam imiş. Kirli, içi yalan və iftiralarla dolu kitabını o tərəf bu tərəfə çevirdikdən sonra deyib ki, bəs nəvənin başını Əli Kərimov doldurub, yoldan çıxarıb. Sonra da əl boyda əzik kağızda özünün də bilmədiyi cızma-qaralar edib verib nənəmə. Əvəzində də 10 manat alıb. Mən də nənəmgildən çıxandan sonra fikirləşdim ki, niyə nənəm çay içəndə diqqətlə stəkana baxırmış? Sən demə, Kərimlinin məni yoldan çıxaran fikirlərini gücdən salacaq duaların yazıldığı kağızın islandığı su çayıma qatılıbmış…Nənəmi qınamadım. Savadsız qadındır. Bu cəhaləti Mirzə Cəlil, Mirzə Fətəli, Sovet rejimi təmizləyə bilməyib. Görünür, hələ də davam edəcək. Məni düşündürən isə budur: əcəba, molla hakimiyyətdəkilərdən, Əliyevlərdən, Əli Əhmədovdan və başqa yap-çılardan öyrənib yoxsa onlar molladan? Yoxsa falçıların da bunlarla müxalifətə qarşı əməkdaşlığı var? Cavabı Siyavuş Novruzovun öhdəsinə buraxıram.
Heyrət sənə heyrət, ey büt!
Nələr yaratdın…


0 comments to "Sən nə yaratdın, ey büt?"

Post a Comment

Elnur Məcidli

Ən çox oxunanlar

Əli Kərimlinin bloqu

Arxiv

Sayğac

free counters